Erməni hərbçiləri Bakıdan İrəvana Fransa təyyarəsi aparıb - Video

ermeni-herbcileri-bakidan-irevana-fransa-teyyaresi-aparib
Oxunma sayı: 5079

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün 8 erməni hərbçini qarşı tərəfə təhvil verib.

“Qafqazinfo”nun məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi həmin hərbçilərin ölkələrinə geri dönməsini əks etdirən görüntülər paylaşıb.

Görüntülərdən məlum olub ki, erməni hərbçiləri Bakıdan İrəvana Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə aparıb. Belə ki, təyyarənin üzərində Fransa bayrağı da olub.

Bununla yanaşı, təyyarəni İrəvanda Fransanın ölkədəki səfiri Ann Luyo və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin qarşılayıb.