Erməni hərbçilərin maşını qəzaya düşüb - Ölü və yaralılar var

ermeni-herbcilerin-masini-qezaya-dusub
Oxunma sayı: 992

Ermənistanda hərbçilərin olduğu maşın qəzaya düşüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Lori əyalətində “VAZ-2016” yoldan kənara çıxıb. Nəticədə sürücü ölüb, avtomobildə olan 23 yaşlı Qarnik M. və 22 yaşlı Vaqarşak N. yaralanıb. Hər 3 şəxsin N saylı hərbi hissənin əsgərləri olduğu bildirilir.

Aysel Kərimova