“Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması məsləhətdir”

ermeni-herbcilerinin-vaxt-itirmeden-silahi-yere-qoymasi-meslehetdir
Oxunma sayı: 4312

“Ötən müddət ərzində cəbhənin Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Müdafiə mövqelərimizi atıcı silahlardan, mina atanlardan, toplardan atəşə tutan düşmən, yaylım atəşli reaktiv sistemlərdən və digər artilleriya qurğularından istifadə edərək, həmçinin Tərtər, Bərdə, Goranboy və Naftalanı da atəşə tutub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi, Azərbaycan ordusunu cavab tədbirləri olaraq, Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir:

“Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir. Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.