"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, onları Heydər Əliyev adına Hava Limanında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar.
İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında, həmçinin həmin ölkələrin jurnalist və nümayəndə heyətləri də var.
Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmaçının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar.
Son xəbərlər
Son Xəbərlər