Ermənistanlı türkiyəli ilə internetdə danışan arvadı Eqine Dambazyanı öldürüb.
“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Eqine Dambazyanın qətli ilə əlaqədar məhkəmədə həyat yoldaşı Artak Arakelyan arvadına 30 bıçaq zərbəsi vuraraq onu öldürdüyünü etiraf edib.
Müttəhim iddia edib ki, qətli qısqanclıq zəmnində törədib.
Onun sözlərinə görə, Rusiyadan qayıtdıqdan sonra arvadının ona qarşı münasibəti dəyişib.
Daha sonra “Skype”dakı danışıqlara baxaraq arvadının gecə saatlarında mal aldıqları türk ilə uzun müddət danışdığını öyrənib.
İş üzrə yeni prokuror təyin olunduğundan, onun materiallarla tanış olması üçün məhkəmə iclasının vaxtı dəyişdirilərək martın 12-nə təyin olunub.
Qətlə yetirilənin bacısı Kristina Dambazyan jurnalistlərə bildirib ki, bacısı türklə pul borcu ilə bağlı məsələləri müzakirə edib. O iddia edib ki, əri Eqinəni döyüb.
“Onlar türkə min dollar borclu idilər. O, həmişə zəng edib pulunu tələb edirdi. Artak özü danışmaq istəmirdi, bacımı ona cavab verməyə məcbur edirdi. İndi isə deyir ki, qısqanıb”, - K. Dambazyan söyləyib.
Qeyd edək ki, hadisə ötən ilin 27 sentyabrında baş verib.
Son xəbərlər
Son Xəbərlər