Erməni klubunun futbolçusu Azərbaycandan təklif alıb? - Rəsmi açıqlama

ermeni-klubunun-futbolcusu-azerbaycandan-teklif-alib
Oxunma sayı: 2186

Ermənistanın “Arsax” klubunun qapıçısı Samur Aqomaqomedov Azərbaycan yığmasından təklif aldığını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, o, bu təklifdən imtina etdiyini bildirib.

Dağıstanlı qolkiper bunun səbəbini də açıqlayıb: “Mənə Azərbaycan U-21 millisindən təklif gəldi. Lakin öz agentimə güvəndim. Hansı ki, daha əvvəl Ermənistan millisində oynayırdı. Ona güvənib “Arsax”a keçdim”.

Milli komandanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu isə məlumatı təkzib edib: “Belə bir futbolçu ilə maraqlanmamışıq, heç onu tanımırıq”.