Erməni Lion şəhərinin meri oldu

ermeni-lion-seherinin-meri-oldu
Oxunma sayı: 777

Fransanın Lion Şəhər Şurasının iyulun 17-də keçirilən iclasında erməni əsilli Jorj Kepenikyan mer vəzifəsinə təyin olunub.

“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi məlumata görə, keçmiş mer Jerar Kolom özü 68 yaşlı Kepenikyanın bu posta namizədliyini təklif edib. 

Qeyd olunur ki,  erməni miqrantların övladı olan J. Kepenikyan Fransada cərrah-uroloq kimi məşhurdur. O, J. Kolom 2008-ci ildə mer seçildikdən sonra onun mədəniyyət üzrə birinci müavini olub.