“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda əsirlikdə olarkən bədənində qançirlər, sınıqlar əmələ gəldiyini iddia edən qarşı tərəf Xocayana odlu silahdan atəş açıldığını da vurğulayıb. Hazırda reanimasiya şöbəsində yerləşdirilən Xocayanın sərbəst hərəkət edə bilmədiyi deyilir. Onun heç kəsi tanımadığını iddia edilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı APA-ya açıqlama verərək Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranıldığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər