“Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır” - Çeferin Bakıda danışdı

ermeni-metbuatinin-ne-yazdigi-meni-maraqlandirmir
Oxunma sayı: 3751

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?
- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. 

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb. 
- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir?
- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır. 

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum elədi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

Elsevər