Erməni müxalifəti Paşinyana impiçment tətbiq etməyə çalışacaq

ermeni-muxalifeti-pasinyana-impicment-tetbiq-etmeye-calisacaq
Oxunma sayı: 1657

Ermənistan müxalifəti ölkədə hərbi vəziyyət ləğv olunduqdan sonra Baş nazir Nikol Paşinyana impiçment tətbiq etməyə çalışacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının üzvü Şake İsayan bu gün parlamentin fövqəladə iclasında deyib.

“Hədəfimiz açıq və şəffafdır - elan edilmiş hərbi vəziyyət ləğv edilməlidir, bundan sonra hamımız baş nazir kreslosunda oturan şəxsə impiçment tətbiq etməliyik”,- deyə İsayan qeyd edib.

Onun sözlərinə görə, hərbi vəziyyət rejiminin qorunması kapitulyasiya sənədinin imzalanmasından sonra obyektiv olaraq ortaya çıxmalı olan prosesləri məhdudlaşdırmaq üçün edilmiş acınacaqlı bir cəhddir.

“Heç nəyi şişirtmədən, bu gün ya Nikol Paşinyanı kənarlaşdıracağıq, ya da Ermənistanı itirəcəyik”,- deyə İsayan sözlərinə əlavə edib.