Erməni nazir ad günündə istefa verdi

ermeni-nazir-ad-gununde-istefa-verdi
Oxunma sayı: 1573

Ermənistanın əmək və sosial işlər naziri Mesrop Arakelyan vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında məlumat verib. Bu gün nazirin həm də ad günü olması diqqət çəkib.

Qeyd edək ki, son günlərdə M. Arakelyan hökumətin siyasəti və verdiyi qərarlara qarşı narazılığını dilə gətirməsi ilə gündəmdə olub.