Erməni nazirlər və deputatlar gecəni döyüş postunda keçirəcəklər

ermeni-nazirler-ve-deputatlar-geceni-doyus-postunda-kecirecekler
Oxunma sayı: 1832


“Qafqazinfo” Modern.az saytına istinadən xəbər verir ki, səhər saatlarında vertolyotla Xocalı aeroportuna düşən nazirlər buradan Xankəndi şəhərinə gəliblər. Separatçı rejimin rəsmləri ilə görüşən nazirlər buradan gecəni keçirmək üçün Azərbaycanla sərhəddəki sərhəd postlarından birinə gedəcəklər. Səfər zamanı Ermənistan parlamentinin 7 deputatı da onları müşahidə edəcək.

Qeyd edək ki, iyulun 28-dən cəbhə xəttində yaranmış gərgin situasiya hər iki tərəfin itki verməsi ilə nəticələnib.