Erməni postlarına hücumla bağlı açıqlama

ermeni-postlarina-hucumla-bagli-aciqlama
Oxunma sayı: 1589


 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat  xidməti bildirib. “Bu, Ermənistan tərəfinin uydurmasıdır. Əsgərlərimiz atəşkəs rejiminə ciddi əməl edir”.
 
Ermənistan mətbuatının bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinə istinadən verdiyi məlumatda bildirilir ki, iyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri erməni ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Lakin Azərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb. Ermənistan ordusu heç bir itki verməyib. (publika.az)