Erməni rejissor Paşinyanı siçovula bənzətdi

Erməni rejissor Paşinyanı siçovula bənzətdi
Oxunma sayı: 1560

Tanınmış erməni rejissor-animator David Sahakyants Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanı siçovula bənzədib.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hər hansı bir cizgi filmi obrazı ilə müqayisə oluna bilsəydi, mən onu daim gözləri qaynayan, özünə məkanda yer tapa bilməyən və daima bir şey oğurlamaq istəyən bir siçovulla müqayisə edərdim",-deyə Sahakyants qeyd edib.

Onun fikrincə, Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, bu bənzətməyə bir o qədər də əmin olur. "Bu müqayisə ağlıma gələn ilk şeydir",-deyə Sahakyants əlavə edib.