“Qafqazinfo” english.ahram.org-a istinadən xəbər verir ki, Qahirə Dövlət Məhkəməsi oriental rəqs ifaçısı Sofinarı (Safinaz) 6 ay azadlıqdan məhrum edib, həmçinin 1966 dollar cərimə kəsib.
Qeyd edək ki, rəqqasə ötən il restoranların birində qonaqları əyləndirərkən Misirin dövlət bayrağına bənzəyən paltar geyinmişdi. Dövlət bayrağını təhqir etdiyi üçün həbs edilmiş, bir qədər sonra rəqqasə girov pul müqabilində azad edilmişdi.

Son xəbərlər
Son Xəbərlər