Erməni səfir azərbaycanlı səfirlə efirə çıxmaqdan qorxdu

ermeni-sefir-azerbaycanli-sefirle-efire-cixmaqdan-qorxdu
Oxunma sayı: 2768

Parisdə Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın Fransadakı səfirinin Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyovla birlikdə Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğal olunması faktının müzakirəsi üçün “France 24” televiziya kanalının dəvətini rədd etməsinə təəssüfləndiyini bildirir.

Assosiasiyasının sədri Jan-Fransua Mansel bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, bununla da Ermənistan BMT-nin qətnamələrinə riayət etmədiyini və Dağlıq Qarabağı qeyri-qanuni işğal altında saxlayaraq beynəlxalq hüquq qaydalarının, eləcə də atəşkəsin pozulmasında məsuliyyət daşıdığını etiraf edir.