Erməni səfir debatdan niyə qaçdı?

ermeni-sefir-debatdan-niye-qacdi
Oxunma sayı: 1528

Ermənistanın Fransadakı səfiri azərbaycanlı həmkarı ilə “France24” kanalında Dağlıq Qarabağ mövzusunda olan debatdan imtina edib.

“Qafqazinfo”ya bu barədə məlumat Azərbaycanın Fransada Dostları Assosiyasiyasından daxil olub. Bildirilib ki, erməni səfirin bu hərəkəti fransız siyasətçilərin, o cümlədən, Assossiyasının prezidenti Jan-Fransua Manselin hiddətinə səbəb olub. Jan-Fransua Mansel bu səbəbdən bəyanat verərək Ermənistanın atəşkəsi pozmasının Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 digər rayonların qanunsuz işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyinə bir daha subut olduğunu vurğulayıb.