Erməni silah alverçisi David Qalstyan saxlanıldı

ermeni-silah-alvercisi-david-qalstyan-saxlanildi
Oxunma sayı: 3233

“Patron Davo” kimi tanınan erməni silah alverçisi David Qalstyan yenidən məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hrapark” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bir neçə saat əvvəl maskalı əməliyyatçılar onu birbaşa evindən aparıblar. Hazırda Qalstyan vəkillərlə birlikdə Milli Təhlükəsizlik Xidmətindədir. “Hraparak” hesab edir ki, o, məhkəmə istintaqı mərhələsində olan cinayət işi deyil, yeni cinayət işi çərçivəsində saxlanılıb.

Xatırladaq ki, Qalstyan və onunla birlikdə keçmiş müdafiə naziri David Tonoyan sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onlar 2021-ci ilin sentyabrında həbs ediliblər, lakin 2022-ci ilin martında Qalstyan 100 min dollar girov müqabilində azad edilib.