Hazırda Yasamal rayon məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verərək öldürən erməniləri silahlılarının məhkəməsi keçirilir.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç təqsirləndirilir.
Hazırda baxış iclası keçirilir və tərəflər ifadə verir. Məhkəmə prosesindən fotoları təqdim edirik.
Elsevər Məmmədov
Fotolar: Pərvin Zeynal




Son xəbərlər
Son Xəbərlər