Erməni taekvandoçular da Bakıya gəlməkdən imtina etdilər

ermeni-taekvandocular-da-bakiya-gelmekden-imtina-etdiler
Oxunma sayı: 1005


“Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin olmadığını, həmçinin Azərbaycanın Ermənistana qarşı düşmən münaisbətini nəzərə alaraq Taekvando Federasiyası oyunlarında iştirakı məqsədəuyğun hesab etmir”.

Xatırladaq ki, eyni açıqlama ilə bu yaxınlarda Ermənistanın yunan-roma güləşi üzrə yımasının baş məşqçisi çıxış etmişdi. 

Ölkənin idman və gənclər naziri Qabriel Kazaryan isə hesab edir ki, Bakıya səfərdən imtina etmək həinki idmançıların bioqrafiyasına ziyandır, həmçinin Ermənistanın beynəlxalq idman arenalarında reytinqinə təsir edə bilər.

Qeyd edək ki, erməni idmançılar  idmanın 6 növü üzrə medal uğrunda mübarizə aparmalı idilər: sambo, atıcılıq, cüdo, güləş, boks, taekvando.