Erməni təcavüzü ilə bağlı konfrans

ermeni-tecavuzu-ile-bagli-konfrans
Oxunma sayı: 1001


“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı müasir Azərbaycanın unikal inkişaf modeli və erməni təcavüzünün ölkəmizə vurduğu ziyanların qiymətləndirilərək beynəlxalq təşkilatlar qarşısında təqdimatlarının keçirilməsi zəruriliyi barədə danışıb. O, bildirib ki, Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində apardığı işğalçılıq siyasəti, ölkəmizə böyük miqdarda zərərlər vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülhün pozulması və qeyri sabitliyin əsas səbəbidir: “İşğal nəticəsində çoxçeşidli təbii sərvətlərimiz, o cümlədən zəngin mineral xammal bazamız, ərazilərimizdəki zəngin və qiymətli fauna və floramız varlanmaq naminə ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz hallarının cəzasız qalması və aparıcı dünya dövlətlərinin ikili standartlı yanaşmaları, hazırda beynəlxalq aləmin geniş miqyasda əziyyət çəkdiyi terrorizmin artmasına rəvac verib”.