Erməni tərəfi 3 330 hərbçisinin öldüyünü təsdiqlədi

ermeni-terefi-3-330-herbcisinin-olduyunu-tesdiqledi
Oxunma sayı: 4088

Ermənistan Səhiyyə Nazirliyi II Qarabağ müharibəsində həlak olmuş 3 330 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizasını keçirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, müharibənin başladığı vaxtdan bu günə qədər həlak olmuş 1 441 şəxsin genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd tanınıb.