“Erməni tərəfində azərbaycanlı hərbi əsir yoxdur” - Növbəti yalan

ermeni-terefinde-azerbaycanli-herbi-esir-yoxdur
Oxunma sayı: 2597

Ermənistan azərbaycanlı əsir və girovlarla bağlı növbəti yalan bəyanat yayıb. 

“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Armen Kaprielyan Ermənistan ərazisində azərbaycanlı hərbi əsirlərin olmadığını deyib:

“Azərbaycan dövlət komissiyasının rəhbərliyinin bəyanatı cəfəngiyyatdır. Hazırda Ermənistanda azərbaycanlı əsir yoxdur".

O qeyd edib ki, vaxtında Azərbaycana yaxud öz istəkləri ilə üçüncü ölkəyə verilən azərbaycanlı hərbi əsirlərlə bağlı bütün məlumatlar hələ o zaman Qırmızı Xaç Beynəlxalq Cəmiyyətinə təqdim edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədovun əsir və girov götürülən Azərbaycan vətəndaşlarının alver predmetinə çevrilməsi ilə bağlı bəyanatına münasibət bildirən Kaprielyan deyib ki, bu həqiqəti əks etdirmir. 

Xatırladaq ki, E. Səmədov yerli mətbuata açıqlamasında bildirmişdi ki, hazırda dövlət komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: “Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub”.