Erməni terrorundan zərər çəkmiş vətəndaşlar yeni evlərə köçdü - Video

ermeni-terrorundan-zerer-cekmis-vetendaslar-yeni-evlere-kocdu
Oxunma sayı: 1842

44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusunun bombaladığı mülki obyektlər və yaşayış binalarının əksəriyyəti artıq tam təmir və ya bərpa olunaraq vətəndaşlara təhvil verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirdiyi təmir-bərpa işləri hazırda da sürətlə davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, Trend-in çəkiliş qrupu evləri və obyektləri tamamilə yenidən tikilən Bərdə sakinləri ilə görüşüb, müasir evlərlə tanış olub, vətəndaşların təəssüratlarını öyrənib.

Erməni terroru nəticəsində mülkləri dağılan vətəndaşlar bildiriblər ki, dövlət onlar üçün əvvəlkindən qat-qat yaxşı və şəraitli evlər tikərək təhvil verib. Zərər çəkmiş sakinlər Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Videoreportajı təqdim edirik: