Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Xətai rayon icra hakimiyyətində ümumrayon toplantısı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun idarə müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqaları, ehtiyatda olan zabitlər, Böyük Vətən müharibəsi veteranları, rayon içtimaiyyəti, fəal gənclər vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdiriblər.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, xalqımız Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi altında növbəti qələbəsini qazandı.
Qeyd olunub ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan ordusu düşməni lazımı şəkildə cəzalandırdı və düşmən böyük itkilər verdi. Bu isə öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Eldar Tağıyev isə ön cəhbədə baş verən hadisələrlə bağlı məlumat verib. Bildirib ki, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala biliblər, eyni zamanda, daha əlverişli hərbi mövqeləri ələ keçiriblər.Və bununla da təmas xəttində Azərbaycan ordusu üstünlüyü daha da möhkəmləndirib.
Döyüşlər zamanı həlak olan pilotlardan biri isə məhz Xətai rayonundan olan mayor Təbriz Musatafazadədir. Çıxış edən Millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov qələbə münasibətilə rayon içtimaiyyətini təbrik ediblər.Vurğulanıb ki,bu gün artıq dünya içtimaiyyəti erməni hakimiyyətinin iç üzünü görür və onları Azərbaycan torpaqlarından geri çəkilməyi tələb edirlər.
Akademik Vaqif Abbasov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon veteranları, ağsaqqallar qeyd ediblər ki, bu gün insanlar arasında əhval ruhiyyə yüksək səviyyədədir. Azərbaycan xalqı vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirirlər. Çıxış edənlər hər an vətənin azadlığı uğrundan canların keçməyə hazır olduqlarını bəyan etdilər.

Son xəbərlər
Son Xəbərlər