“Erməni təxribatının “Formula 1”ə heç bir təsiri yoxdur”

ermeni-texribatinin-formula-1e-hec-bir-tesiri-yoxdur
Oxunma sayı: 1329

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi "Formula-1" üzrə Avropa Qran-Prisinin ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "R-Sport" portalına Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib: "Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir".

Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq.