Erməni təyyarəsində azərbaycanca anons

ermeni-teyyaresinde-azerbaycanca-anons
Oxunma sayı: 2421

Göyərtədə uçuşdan əvvəl salamlama ilk öncə rus, daha sonra isə Azərbaycan dilində səslənir. Bu zaman sərnişinlər arasında sözün əsl mənasında həyəcan yaşanıb. İnsanlar elə başa düşüb ki, bu danışılmış təxribatdır və onların təyyarəsi Bakıya uçur.

Pis vəziyyətdə qalan heyət üzvləri sərnişinləri sakitləşdirməyə çalışıb və başa salıblar ki, bu sadəcə texniki bir səhvdir.

Bundan əlavə məlum olub ki, insanları azərbaycanca salamlayan təyyarə komandiri Eduard Ovannisyan özü də ermənidir. Lakin nə erməni komandir, nə də göyərtə işçisi Svetlana ermənilərlə dolu təyyarədə Azərbaycan dilində danışıb sərnişinləri qorxutmalarının necə baş verdiyini izah edə bilməyiblər. 

Uzun müddətdən sonra erməniləri sakitləşdirərək onların Bakıya uçmadıqlarını izah ediblər. Bundan sonra təyyarə İrəvana istiqamətlənib