Erməni yazıçı həbsxanadan qaçdı

ermeni-yazici-hebsxanadan-qacdi
Oxunma sayı: 733

Türkiyədə yaşayan erməni əsilli yazıçı Sevan Nişanyan icazə ilə 1 günlük çıxdığı həbsxanaya geri qayıtmayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı yazıçı həbsxanadan çıxdıqdan sonra Tvitterdə “Quş uçdu, darısı 80 milyonun da başına” deyə status yazıb.

Polis hazırda Nişanyanı axtarır.

Qeyd edək ki, 2014-cü ildən həbs edilən erməni yazıçıya 9 ayrı maddə üzrə 11 il 6 ay həbs cəzası verilib.