Erməni zabit atasının məzarında özünü güllələdi

ermeni-zabit-atasinin-mezarinda-ozunu-gulleledi
Oxunma sayı: 2560

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vanadzor şəhərində atasının məzarında özünü güllələyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə 30 mart tarixində, saat 18:00 radələrində baş verib.

Hadisə şahidlərinin kömək çağırmasından sonra Hayk X. adlı zabit Vanadzor tibb mərkəzinə aparılsa da, orada keçinib.

İlkin məlumatlara görə, o, özünü “Makarov” tapançası ilə başından vurub.