Ermənilər 10 uşağı öldürüb, 32-sini yaralayıb

ermeniler-10-usagi-oldurub-32-sini-yaralayib
Oxunma sayı: 1069

Baş Prokurorluq Ermənistanın Gəncəyə 3 dəfə raket atması nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı məlumatı açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 

Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan təxribatı nəticəsində Azərbaycanda mülki şəxslərdən ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır, 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır.