Ermənilər Ağdama od vurub

ermeniler-agdama-od-vurub
Oxunma sayı: 641

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti yanğın törədiblər. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir.
 
Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib.
 
Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.