Ermənilər anons verdi

ermeniler-anons-verdi
Oxunma sayı: 646

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu məlumatı İrəvan dövlət arxitektura və tikinti universitetinin rektoru Ovannes Tokmacyan açıqlayıb.

Onun sözlərinə görə, hava limanında bir neçə yüz kilometr uzaq məsafəni nəzarətdə saxlaya bilcək müasir avadanlıq yerləşdirilib. Hava limanında vertolyotla bir neçə uçuşlar həyata keçirdiyini deyən Ovannes Tokmacyan deyib ki, idarəetmə pultundan Bakı və İrəvan görünür.

Rektor daha sonra qeyd edib ki, qondarma rejmin rəhbərliyi hava limanın yeni binasını inşa etməyi planlaşdırırlar.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə bildirdi ki, ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarının üzərindən hər hansı bir uçuşların həyata keçirilməsi qanunsuzdur: “ İkinci məqam ondan ibarətdir ki, Azərbaycan dəfələrlə beynəxalq təşkilatlara müraciət edərək bu uçuşların qanunsuzluğu barədə məlumat verib. Burada təhlükəsizlik baxımından heç kimin hər hansı insidentdən sığortalanmadığı vurğulanıb, çünki bu torpaqlar Azərbaycanın nəzarəti altında deyil. Məhz bu baxımdan da hər hansı bir hadisənin olub-olmamasına kimin cavabdehlik daşıyacağı sual altında qalır”.