Ermənilər atəşkəsi pozub

ermeniler-ateskesi-pozub
Oxunma sayı: 639

Erməni ordusu saat 15.10-dan 15.35-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.55-dən 21.10-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.30-dan 20.33-dək, 21.40-dan 21.50-dək və iyulun 30-da saat 02.30-dan 02.50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, eləcə də saat 00.15-dən 00.20-dək, 02.07-dən 02.12-dək və 02.05-dən 02.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.