Ermənilər Azərbaycan tərəfinə mərmi axıdırlar- - Video

ermeniler-azerbaycan-terefine-mermi-axidirlar-
Oxunma sayı: 1687


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində müşahidə edilib. Ərazidə axan arxdan su kəsildikdən sonra sakinlər partlayıcı mərmilər və hissələrini görüblər. Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilər onlar tərəfindən qəsdən axıdılır. 

Məlumata görə, kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən bu hal təhlükə yaradır.

Kənd sakinləri arxdan mərmi və qalıqlarının tapılması ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.