Ermənilər Azərbaycana dəstək olan niderlandlı deputatı təhdid edir

ermeniler-azerbaycana-destek-olan-niderlandli-deputati-tehdid-edir
Oxunma sayı: 2877

Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları aparması və öz ərazi bütövlüyünü bərpa etməsi bir sıra ölkələrdə dəstəklənir.

“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, artıq əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da birmənalı mövqe sərgiləyərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər. Belə deputatlardan biri Niderland Parlamentinin üzvü Tunahan Kuzudur.

Ermənilər niderlandlı deputatı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün təhqir və təhdid etməyə başlayıblar. Niderland Parlamentində “Qarabağ Azərbaycanındır”, “Ermənistan ordusu Azərbaycanın işğal etdiyi torpaqları tərk etməlidir” kimi fikirlər səsləndirən deputat Tunahan Kuzuya qarş ermənilər tərəfindən kampaniya aparılır.

Bununla bağlı məlumat verən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, Tunahan Kuzu məhz “Qarabağ Azərbaycandır” ifadəsinə görə ciddi təhdidlərlə üz-üzə qalıb:

“Tunahan Kuzu öz feysbuk səhifəsində də Azərbaycanı müdafiə edir. Minlərlə niderlandlıya beynəlxalq hüquqdan çıxış edərək, Qarabağ həqiqətlərini çatdırır. Bu səbəbdən ermənipərəstlər və erməni lobbisi deputata sosial şəbəkələrdə təhqir və böhtanlar yağdırırlar. Onun ünvanına nalayiq sözlər yazırlar”.