Ermənilər azərbaycanlı idmançıları təcrid edəcək

ermeniler-azerbaycanli-idmancilari-tecrid-edecek
Oxunma sayı: 629

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan Boks Federasiyası prezidentinin müavini Derenik Qabrielyan jurnalistlərlə görüşündə deyib: “Azərbaycan yığmasının bütün tələbləri yerinə yetirilib. Biz Azərbaycanda olanda orada bizim təhlükəsizliyimiz üçün hər şey edildi. Biz də həmçinin onların təhlükəsizliyini təmin etməliyik. Bunu hər şeydən əvvəl Beynəlxalq Boks Federasiyası tələb edir. Qeyd edim ki, azərbaycanlı boksyorlar təcrid olunacaqlar. Bu, onların tələbidir. Onlarla hətta ünsiyyətdə mümkünsüz olacaq. Hesab etmirəm ki, bizim onlarla hər hansı problemimiz olacaq”.

Qeyd edək ki, turnirdə iştirak edəcək 55 ölkənin iştirakçılarının əksəriyyəti artıq Ermənistana çatıblar. Azərbaycan yığması isə bu gün Ermənistana yola düşəcək. Ümumilkdə yarışda 620 idmançı təmsil olunacaq.

İqbal