Ermənilər azərbaycanlını girov götürüblər -

ermeniler-azerbaycanlini-girov-goturubler-
Oxunma sayı: 1312


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bunu T. Mikayılovun bacısının həyat yoldaşı Məhəmməd Bayramov deyib. 

Onun sözlərinə görə, dünən Bolnisi rayonundan gələn müstəntiq hadisənin təfərrüatlarını öyrənib və şahidləri dindirib: "Dünən hamımızı danışdırıblar. Turqayın xarici pasportunu, şəxsiyyət vərəqəsini və doğum haqqında şəhadətnaməsini Ququti adlanan gömrük məntəqəsinə apardım. Onlar da sənədlərin surətini Ermənistan sərhədçilərinə verdilər".

 Kvemo-Kartli regionunun qubernatoru Paata Xizanişvili isə Dmanisinin Yırğançay kəndində baş verən hadisədən xəbərdar olduğunu və bu barədə araşdırma aparıldığını bildirib: "Biz hadisəni nəzarətə götürmüşük. Gürcüstanın bütün hüquq-mühafizə orqanları hadisədən xəbərdardırlar. İndi faktları dəqiqləşdiririk. Çalışacağıq ki, vətəndaşımıza lazımi kömək edək".

Bildirilib ki, o, 2 ay İrəvanda saxlanıldıqdan sonra Gürcüstana təhvil veriləcək.

“Qafqazinfo”