Ermənilər bu 3 azərbaycanlıya qulaq asırlar

ermeniler-bu-3-azerbaycanliya-qulaq-asirlar
Oxunma sayı: 3644

Məşhur “Apple Music” musiqi platformasında Ermənistan üzrə ilk üçlükdə azərbaycanlılar var.

“Qafqazinfo” xəbər verir ki, onlar arasında Nəvai (Nəvai Bəkirov) və Bahh Teenin (Bəxtiyar Əliyev) “Не приму и даром” adlı dueti birincidir. 

Siyahıda üçüncü yeri isə Coni (Cahid Hüseynli) “Комета” ifasıdır. 

Bildirək ki, Nəvai Qazaxıstanda, Bahh Tee və Coni isə Rusiyada fəaliyyət göstərir.

Məlumatı sosial şəbəkədə bəstəkar-müğənni Murad Arif paylaşıb.