Ermənilər bunu da etdi - - 3 uşaq anasını yaraladılar

ermeniler-bunu-da-etdi-
Oxunma sayı: 1496


“Qafqazinfo”nun xəbərinə görə, rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev APA-ya bildirib ki, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.

Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.