Ermənilər Camalaya qarşı kampaniyaya başladı

ermeniler-camalaya-qarsi-kampaniyaya-basladi
Oxunma sayı: 2625

“Eurovision – 2016” qalibi Camalaya qarşı change.org saytında kampaniyalara start verilib.

Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, “Eurovision 2016” mahnı müsabiqəsinin təşkilatçılarına ünvanlanan ilk petisiyanı Ermənistan vətəndaşı Artur Ohanesyan başladıb.

Sözügedən kampaniyaya Fransa, İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Rusiya, Serbiya və Avstraliya qoşulub.

Onların təşkilat komitəsindən müsabiqənin nəticələrinə yenidən baxılmasını tələb ediblər.

Artıq lazımı olan 35 min imzadan 29 mini toplanıb.

Növbəti böyük kampaniya isə ispaniyalı Kristian Qarrido yaradıb. O, bu il keçirilən müsabiqəninin nəticələrini “biabırçı” adlandırıb, Ukraynanın siyasi maraqlara görə, qalib elan olduğunu bildirib.