Ermənilər dövlət qurumunun binasını da dağıtdı - Fotolar

ermeniler-dovlet-qurumunun-binasini-da-dagitdi
Oxunma sayı: 7214

Məlum olduğu kimi, Ermənistan növbəti dəfə Bərdədə mülki şəxslərə qarşı raket hücumu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin binası da zərər görüb. Belə ki, idarənin Bərdə rayon regional şöbəsinin binası dağılıb. 

Qeyd edək ki, hadisə zamanı 21 mülki şəxs həlak olub, 70-a yaxın şəxs isə yaralanıb.

Tural Hüseynli