Ermənilər Əlibəylini atəşə tutub- - Yenilənib

ermeniler-elibeylini-atese-tutub-
Oxunma sayı: 1819


“Qafqazinfo” xəbər verir ki, yerli sakinlərin musavat.com-a verdiyi məlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. 

Sakinlər bildirir ki, artıq iki saatdır ki, 10-15 dəqiqə fasilələrlə erməni silahlı birləşmələri kəndi iri çaplı silahlardan atəşə tutur. 

***

Aldığımız son məlumata görə, hazırda Tovuzun digər sərhəd kəndi olan Ağdam da erməni silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulur. Ara-sıra ordumuz tərəfindən cavab atəşi açılsa da ermənilər buna məhəl qoymurlar. 

Atışma bu dəqiqələrdə də davam edir.

***

Musavat.com-un verdiyi son məlumata görə, hazırda Əlibəyli kəndində sakitlikdir. Düşmən cavab atəşilə susdurulub.