Ermənilər Füzulini atəşə tutdu

ermeniler-fuzulini-atese-tutdu
Oxunma sayı: 3824

Azərbaycan Ordusunun Füzuli  rayonunun Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.