Ermənilər Gədəbəyi gülləyə tutb

ermeniler-gedebeyi-gulleye-tutb
Oxunma sayı: 680

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-də saat 14.45-dən 15.20-dək və 18.40-dan 19.25-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19.30-dan 19.35-dək və iyunun 21-də saat 00.00-dan 00.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.