Ermənilər Gümrü-İrəvan avtomobil yolunu bağladılar - Video

ermeniler-gumru-irevan-avtomobil-yolunu-bagladilar
Oxunma sayı: 3726

Ermənistanın Araqasotn rayonunun Arteni kənd sakinləri Gümrü-İrəvan avtomobil yolunu hər iki istiqamətdən bağlayıblar.

“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi məlumata görə, buna mayın 16-da kəndin əkin sahələrinə gələn suyun qarşısının kəsilməsi səbəb olub.

Kənd administrasiyasının rəhbəri Sevak Baqdasaryan bildirib ki, bu problemi suvarma şirkəti həll edə bilər, çünki suyun qarşısını onlar kəsiblər.