Təmas xəttindəki son döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri itkilərin sayını açıqlamaqdan çəkinsə də, bu dəfə də bir hissəsini etiraf edib.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı yeni məlumatda Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərin sayının 92 nəfər olduğu açıqlanıb.
“Ölənlərdən 15-i zabitdir. Kapitan Arqişti Qaboyan itkin düşüb”, - Nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər