Ermənilər Laçında da evləri yandırır - Fotolar

ermeniler-lacinda-da-evleri-yandirir
Oxunma sayı: 4400

Dekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana təhvil verməli olan ermənilər öz xain əməllərini davam etdirirlər.

“Qafqazinfo” xəbər verir ki, bölgədə olan “Daily Storm” agentliyinin müxbirlərinin məlumatına görə, Laçının Kareqax kəndinin sakinləri oranı tərk edərkən özləri ilə paltarlarını, digər əşyalarını, eləcə də elektrik naqillərini götürür, evlərə isə od vururlar.

Bildirilib ki, kəndin ətrafında aclıqdan ölmək ehtimalı olan bir çox narahat və ac heyvanlar var. Qeyri-müəyyənliyə baxmayaraq, bəzi mağazalar fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Laçında da qanunsuz yollarla ermənilər məskunlaşıb. Bu isə Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır.

Xatırladaq ki, analoji hadisələr Kəlbəcər və Ağdamda da yaşanıb.