Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhə bölgəsində monitorinq keçirilib. “Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, monitorinq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilib.
Maraqlı odur ki, monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub.
Son xəbərlər
Son Xəbərlər