Ermənilər mövqelərimiz üzərində uçuşa cəhd edib

ermeniler-movqelerimiz-uzerinde-ucusa-cehd-edib
Oxunma sayı: 2566

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib”, - rəsmi məlumatda bildirilib.