Ermənilər öldürülən hərbçilərin adlarını açıqlayır

ermeniler-oldurulen-herbcilerin-adlarini-aciqlayir
Oxunma sayı: 8346

Ermənistan Müdafiə Nazirliyi son günlər Qarabağ cəbhəsində ölən hərbçilərinin adlarını açıqlamağa başlayıb.

APA-nın “armtoday”ə istinadən verdiyi məlumata görə, hələlik 7 nəfərin adları elan olunub.

Bunlar 1978-ci il təvəllüdlü mayor Ovsep Maisyan, 28 yaşlı kapitan Ovsep Kirakosyan, 1990-cı il təvəllüdlü kapitan, dəstə komandiri Armenak Urfanyan, müqavilə əsasında xidmət edən sıravi Nodarik Marqaryan, kəşfiyyatçı-pulemyotçu, 27 yaşlı Sasun Mkrtçyan, pulemyotçu, 1996-cı il təvəllüdlü Kərəm Sloyan və serjant Yuri Faramazyandır.